MM saxta əmtəə nişanlarının qarşısının alınması üzrə MDB-də əməkdaşlığa dair Sazişi ratifikasiya edəcək

MM saxta əmtəə nişanlarının qarşısının alınması üzrə MDB-də əməkdaşlığa dair Sazişi ratifikasiya edəcək
# 08 iyun 2023 17:35 (UTC +04:00)

Milli Məclis “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”i ratifikasiya edəcək.

APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

Komitədə “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında” qanun layihəsini də müzakirə olunub.

Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR