MM sədri G20 parlament sədrlərini Ermənistanın davranışlarını pisləməyə çağırıb

Milli Məclisin sədri Sahibə Qafarova, G20 ölkələrinin parlament sədrlərinin sammitində

© APA | Milli Məclisin sədri Sahibə Qafarova, G20 ölkələrinin parlament sədrlərinin sammitində

# 05 oktyabr 2022 21:08 (UTC +04:00)

“Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxışında bildirib.

Sahibə Qafarova deyib ki, Ermənistanın sonuncu dəfə - bu il sentyabrın 13-də törətdiyi hərbi təxribatlar da normallaşma prosesinə əngəl törədir: “Bu cür davranışlar pislənilməlidir. İndi ən vacib məsələ münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinməkdir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR