Moskva Bakı ilə İrəvan arasındakı son gərginlikdən narahat olduğunu bildirib

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 12 yanvar 2023 13:37 (UTC +04:00)

Sözsüz ki, Bakı ilə İrəvan arasındakı münasibətlərdə son həftələrdə qeydə alınan gərginlik bizi narahat edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Qarşılıqlı ittiham ritorikasının fəallaşması regionda gərginliyin artması ilə müşahidə olunur. Azərbaycan və Ermənistanı xoşməramlı iradə nümayiş etdirməyə və kompromisləri birgə axtarmağa çağırırıq. Biz buna hərtərəfli köməyi göstərəcəyik”, - Rusiya XİN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR