Moskvada Ceyhun Bayramov və Lavrov arasında görüş başlayıb - FOTO

Moskvada Ceyhun Bayramov və Lavrov arasında görüş başlayıb - FOTO
# 05 dekabr 2022 13:44 (UTC +04:00)

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, ikitərəfli görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.

Görüşün protokol hissəsində nazirlər çıxış ediblər.

Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Bundan başqa Ceyhun Bayramov və Sergey Lavrov 2023-2024-cü il üçün XİN-lərarası Məsləhətləşmələr Planı imzalayacaq.

Görüşün yekunları ilə bağı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR