Moskvada MDB İqtisadi Şurasının 97-ci iclası keçirilib - FOTO

Moskvada MDB İqtisadi Şurasının 97-ci iclası keçirilib  - FOTO
# 17 mart 2023 13:39 (UTC +04:00)

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 97-ci iclası keçirilib.

APA-nın Moskva müxbir xəbər verir ki, Qırğızısıztan Respublikasının sədrliyi ilə keçirilən iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İqtisadi Şuranın iclası çərçivəsində ilk olaraq nümayəndə heyətlərinin məhdud tərkibdə görüşü keçirilib. Görüşdə Müstəqil Dövlətlər Birliyində iqtisadi əməkdaşlığın aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb. MDB-nin Aqrar-Sənaye Kompleksi üzrə Hökumətlərarası Şurasının 2019–2022-ci illərdə fəaliyyəti və Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub.

Daha sonra isə nümayəndə heyətlərinin geniş tərkibli görüşü baş tutub. İclasda nüvə enerjisinin ictimai məqbulluğunun formalaşdırılmasında MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətlərinə, 2030-cu ilə qədər olan dövr üçün MDB iştirakçısı olan dövlətlərin innovativ əməkdaşlığının Dövlətlərarası Proqramının iştirakçıları olan dövlətlərin innovasiyaların kommersiyalaşdırılması mərkəzlərinin fəaliyyəti məsələlərinə baxılıb.

İclasın yekununda bir sıra sənədlər imzalanıb. Bu sənədlərə Radiasiya vəziyyəti ilə bağlı monitorinq məlumatlarının mübadiləsində MDB-yə üzv dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında Sazişin layihəsi, “Radionaviqasiya” Dövlətlərarası Şurasının 2018–2021-ci illərdə fəaliyyəti haqqında, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun layihəsi, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin yer təkinin kəşfiyyatı, istifadəsi və mühafizəsi üzrə 2021–2025-ci illər üçün birgə işlərin uzunmüddətli planının icrası haqqında layihə, MDB-yə üzv dövlətlər arasında elektron və elektrik avadanlıqlarının tullantılarının idarə olunması sahəsində əməkdaşlıq haqqında 2018-ci il 1 iyun tarixli Sazişin 2030-cu ilədək olan dövr üçün həyata keçirilməsinə dair Tədbirlər Planının layihəsi və s. daxildir.

MDB İqtisadi Şurasının növbəti iclasının bu ilin iyunun 23-də onlayn formatda keçirilməsi barədə qərar qəbul olunub.

İqtisadi Şura öz işini MDB İqtisadiyyat Forumu ilə davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR