Müdafiə naziri Qantz Azərbaycanın İsraildə səfirlik açmaq qərarına münasibət bildirib

İsrailin müdafiə naziri Benni Qantz

© APA | İsrailin müdafiə naziri Benni Qantz

# 18 noyabr 2022 17:37 (UTC +04:00)

İsrailin müdafiə naziri Benni Qantz Azərbaycanın ölkəsində səfirlik açmaq qərarını alqışlayıb.

APA xəbər verir ki, bu barədə Benni Qantz "Twitter"də bildirib.

“Mən Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıram. Keçən ay mən Azərbaycana səfər etdim və Prezident İlham Əliyevlə, müdafiə naziri general-polkovnik Zakir Həsənovla və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşdüm. Görüşlərdə biz bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etdik”, - nazir qeyd edib.

Qantz vurğulayıb ki, səfirliyin açılması ilə bağlı bu vacib qərar İsrail və Azərbaycan arasında münasibətlərin dərinliyini nümayiş etdirir.

Onun sözlərinə görə, bu qərar həm də müxtəlif çağırışlar qarşısında əlaqələrin bütün regionun rifahı və stabilliyi naminə dərinləşməsinin davam etməsinin vacibliyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR