Muxtar Tleuberdı: “Hər üç tərəf əlaqələrin inkişafında maraqlıdır”

Muxtar Tleuberdı: “Hər üç tərəf əlaqələrin inkişafında maraqlıdır”
# 27 iyun 2022 11:35 (UTC +04:00)

“Hər üç tərəfin hökumətlər səviyyəsində əlaqələrin artırılmasında maraqlıdır”.

APA xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı deyib.

“Pandemiya dövründə olan ləngiməyə baxmayaraq, hazırda çox böyük potensialımız var ki, əvvəlki səviyyəyə çataq və hətta daha da irəli gedək. Ölkələrimiz arasında fəal iqtisadi dialoq mühiti var. Bu ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana səfəri olacaq. Ümid edirik ki, bu səfər zamanı yeni əməkdaşlıq müqavilələri imzalanacaq”, - XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR