NATO Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini təqdir edib

Xavyer Kolomina

© APA | Xavyer Kolomina

# 10 sentyabr 2022 15:14 (UTC +04:00)

NATO Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləyir.

APA xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.

Kolomina Azərbaycan tərəfindən 5 erməni hərbçisinin heç bir vasitəçi olmadan qarşı tərəfə təhvil verilməsini yaxşı xəbər adlandırıb.

“NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - Stoltenberqin xüsusi nümayəndəsi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR