Nazir: 53 nəfər gənc diplomat XİN-də fəaliyyətə başlayıb - FOTO

Nazir: 53 nəfər gənc diplomat XİN-də fəaliyyətə başlayıb - FOTO
# 05 iyun 2023 10:35 (UTC +04:00)

ADA universitetində diplomatlar üçün “Xarici Siyasət Proqramı”nın bağlanış mərasimi keçirilib.

APA xəbər verir ki, bağlanış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

O bildirib ki, bu uğurlu bir təşəbbüs və proqramdır. "Bu proqrama 38 diplomat daxil edilib. Proqrama seçilənlər yalnız test sistemindən keçməyiblər, onlar həmçinin digər mərhələlərdən - müsahibələrdə iştirak edib, yazılar təqdim ediblər".

Nazir əlavə edib ki, artıq 53 nəfər gənc diplomat XİN-də fəaliyyətə başlayıb.

"Beynəlxalq münasibətlər sistemi ciddi dəyişikliklər dövrünü yaşayır. Regionda baş verən dəyişiklikləri, aparıcı qüvvələr arasında olan rəqabətin açıq qarşıdurma mərhələsinə keçdiyini görürük. Rəqəmsal inqilab ölkələrin daxili və xarici siyasətinə təsir edir", - nazir bildirib.

Nazir qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıq yaranıb. "Lakin Ermənistan və onun havadarları yeni reallığı qəbul etmir, müxtəlif fikirlər səsləndirir, təxribatla məşğul olurlar".

Onun sözlərinə görə, gənc diplomatların üzərinə növbəti on illiklərdə böyük məsuliyyət düşür.

Nazir bu diplomatların xaricdə Azərbaycanın maraqlarını uğurlu şəkildə müdafiə edəcəyinə inandığını vurğulayıb.

Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edib. O gənc diplomatlara öz tövsiyyələrini verib və uğurlar arzulayıb.

Sonda mərasimdə 8 ay ərzində baş tutan proqram iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, proqram iştirakçıları 35 gün ərzində 48 mövzu üzrə seminar və təlimlərdə iştirak edib, 81 peşəkar çıxışçı onlarla görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR