Nazir: Antiterror tədbirləri dayandırıldığı üçün Azərbaycan reinteqrasiya üzrə praktiki addımlara başlayıb

Nazir: Antiterror tədbirləri dayandırıldığı üçün Azərbaycan reinteqrasiya üzrə praktiki addımlara başlayıb
# 23 sentyabr 2023 20:19 (UTC +04:00)

“Antiterror tədbirləri dayandırıldığı üçün Azərbaycan hazırda tərksilah, demobilizasiya və yerlərdə reinteqrasiya üzrə praktiki addımlara başlayıb”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.

“Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin Ermənistan sakinlərinin nümayəndələri ilə çoxdan gözlənilən görüşü nəhayət sentyabrın 21-də Yevlax şəhərində baş tutdu.

Dialoq hökumətin reinteqrasiya planlarının birbaşa müzakirəsi, həmçinin infrastrukturun bərpası və istismarı, humanitar malların və ictimai xidmətlərin çatdırılması ilə bağlı məsələlərin həlli formatında davam etdiriləcək.

Artıq mərkəzi hakimiyyət orqanları təxirəsalınmaz lazımi humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə başlayıb. Hal-hazırda yerli mülki əhalinin ehtiyaclarını ödəmək üçün bütün səylər səfərbər edilib.

Bu xüsusda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinləri bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmində olduğunu bir daha bildirmək istərdim. Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi, qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır” – nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR