Nazir: “Azərbaycan-Gürcüstan sərhəd məntəqələrinə dair sazişi yüksək qiymətləndirirk”

Nazir: “Azərbaycan-Gürcüstan sərhəd məntəqələrinə dair sazişi yüksək qiymətləndirirk”
# 27 aprel 2022 13:05 (UTC +04:00)

“Ölkələrimiz arasında ikitərəfli formatda iqtisadi əlaqələr mövcuddur”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib.

Nazir bildirib ki, bununla yanaşı, ölkələr çoxtərəfli layihələrdə də tərəfdaşdır: “Bakı-Tblisi-Qars, Bakı-Tblisi Ərzurum layihələrini bizim münasibətlərin uğuru kimi qiymətləndirə bilərik. Bakı-Tblisi-Qars tarixi əhəmiyyətə malikdir. Mövcud vəziyyət Şərq-Qərb dəhlizinin önəmini daha da artırır. Bu baxımdan burada görülən çoxsaylı işlərdən danışırdıqsa, 2021-ci ildə bu kimi marşrutların uğurlu inkişaf etdirilməsi üçün ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın çox böyük önəmi var. Bu baxımdan Azərbaycan və Gürcüstan arasında imzalanan sərhəd məntəqələrinə dair sazişin əhəmiyyətini çox yüksək dəyərləndiririk. Bu saziş logistika, tranzit sahəsində məsələləri inkişaf etdirməyə böyük töhfə verəcək”, - nazir qeyd edib.

XİN başçısı vurğulayıb ki, Azərbaycanda gürcü dilində fəaliyyət göstərən və Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisələri var.

Nazir deyib ki, aidiyyəti nazirliklər arasında çoxsaylı layihələr həyata keçirilir: “Mədəniyyət sahəsində də belədir. Bu gün Azərbaycan və Gürcüstan alimləri tərəfindən birgə tədqiqatlar həyata keçirilir. Bunun nəticəsi olaraq birgə tarixi irsimizə aid olan layihələr həyata keçirilir. Bunu vaxtından öncə elan etmək istəmirik. Amma bu layihələr 30 illik münasibətlərimizə çox önəmli töhfə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR