Nazir: “Azərbaycan regionun əməkdaşlıq və inkişaf məkanına çevrilməsini arzulayır”

Nazir: “Azərbaycan regionun əməkdaşlıq və inkişaf məkanına çevrilməsini arzulayır”
# 01 iyul 2022 20:31 (UTC +04:00)

Bakıda ABŞ-ın müstəqilliyinin 246-cı il dönümünə həsr olunan tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov da iştirak edib.

Nazir bildirib ki, iki ölkə arasında tərəfdaşlıq hər iki tərəfin maraqlarına və qarşılıqlı hörmətə əsaslanır. Samir Şərifov Azərbaycanla ABŞ arasında energetika və terrorla mübarizə sahəsində uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.

O, Prezident Co Baydenin Prezident Əliyevə məktubunu xatırladıb: "Prezidentin ünvanladığı məktubda münasibətlərimizlə əlaqədar ifadə etdiyi xoş fikirlər əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha nümayiş etdirməklə münasibətlərimizin sağlam bünövrəyə və əməkdaşlığa söykəndiyinin göstəricisidir".

Nazir bildirib ki, Azərbaycan hökuməti ölkənin nəhəng enerji layihələrinin reallaşmasında ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirir: "Ölkələlərimiz arasında yüksək səviyyədə təmaslarda canlanma müşahidə olunur".

S.Şərifov əlavə edib ki, Azərbaycan 44 günlük müharibədə qələbə qazanaraq çoxillik erməni işğalına son qoyub. "Bu gün isə Azərbaycan regionda sülhün, tərəfdaşlığın bərqərar olması üçün məqsədyönlü addımlar atır, regionun əməkdaşlıq və inkişaf məkanına çevrilməsini arzulayır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına nail olmaq əhəmiyyət kəsb edir. Ümidvarıq ki, ABŞ regionda uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar olması üçün Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərimizin yenidən qurularaq ölkə iqtisadiyyatına inteqrasiyasını və tarixi torpaqlarımıza böyük qayıdışın təmin olunmasına yönəlmiş səylərini bölüşür və dəstəkləyir" – deyə nazir vurğulayıb.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib ki, Azərbaycan və ABŞ müstəqillik və suverenliklə bağlı dəyərləri yaxından bölüşür. Azərbaycanla tərəfdaşlıq və dostluq yüksək dəyərləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR