Nazir: “Azərbaycan və Aİ arasında sazişin gələn il yekunlaşdırılması mümkün olacaq”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 11:41 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ilə post münaqişə dövründə münasibətlərə gəlincə, biz Aİ-nin regiona marağının artdığını görürük.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Ölkəmizə və bölgəyə çoxsaylı səfərlər, çoxsaylı görüşlər bunu deməyə əsas verir. Azərbaycan və Aİ arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib. Aİ və Azərbaycan arasında ikitərəfli saziş üzrə danışıqlar davam edir. Bu il bu sazişlə bağlı fikir ayrılıqları minimuma endirilib. Hesab edirik ki, 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR