Nazir Azərbaycanın Fələstin-İsrail münaqişəsində iki dövlətli həll yolunu dəstəklədiyini deyib

Nazir Azərbaycanın Fələstin-İsrail münaqişəsində iki dövlətli həll yolunu dəstəklədiyini deyib
# 30 mart 2023 16:14 (UTC +04:00)

Azərbaycan müxtəlif regionlarda münaqişələrdən və silahlı qarşıdurmalardan narahat olur.

APA-nın Fələstinə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə birgə mətbuat qarşısında çıxışı zamanı deyib.

“Biz Fələstin-İsrail münaqişəsinin həllini istəyirik, sülhə nail olmaq istiqamətində səyləri dəstəkləyirik. Biz iki dövlətli həll yolunu (Şərqi Qüdsün paytaxt olması ilə) dəstəkləyirik”, - XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR