Nazir: Azərbaycanın İsraildə səfirlik açması əlaqələri daha da möhkəmləndirəcək

Yoel Razvozov

© APA | Yoel Razvozov

# 18 noyabr 2022 17:02 (UTC +04:00)

İsrailin turizm naziri Yoel Razvozov Azərbaycanın İsraildə səfirlik açması qərarına münasibət bildirib.

APA xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

“İsraildə səfirlik açmaq qərarına görə Azərbaycan rəhbərliyini ürəkdən təbrik edirəm! Bu, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcək”, - İsrailin turizm naziri vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR