Nazir: “Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 23 dekabr 2021 13:15 (UTC +04:00)

Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşdə ölkələrimiz arasında dostluq, strateji tərəfdaşlıq aspektləri müzakirə olunub.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bosniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkələr arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir.

Nazir bildirib ki, görüşdə Cənubi Qafqaz və Balkanlarda mövcud vəziyyət, eyni zamanda, ikitərəfli və çoxtərəfli əməkdaşlıq geniş müzakirə edilib: “Siyasi dialoqun səviyyəsinə uyğun olaraq, səfirliklərin açılmasına dair qərarlar yüksək dəyərləndirildi. Yaxın zamanda səfirliklərimiz əməli fəaliyyətə başlayacaq ki, bu da mövcud əlaqələrimizi genişləndirəcək. Habelə siyasi məsləhətləşmələrin mexanizminə başlamaq barədə razılıq əldə olundu. Bu, hər iki bölgədə vəziyyəti geniş başa düşməyə imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR