Nazir Lavrovun Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsini qəbul edib

Nazir Lavrovun Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsini qəbul edib
# 22 iyul 2022 18:04 (UTC +04:00)

İyulun 22-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüşdə bölgədəki cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyini vurğulayıblar. Normallaşma prosesinin irəli aparılması və konkret nəticələrin əldə edilməsi üçün bütün səylərin səfərbər edilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR