Nazir: Sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən mühüm addımlar atılır

Nazir: Sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən mühüm addımlar atılır
# 05 iyun 2023 18:00 (UTC +04:00)

Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycan tərəfindən mühüm addımlar atılır.

APA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşü zamanı bildirib.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi, bu xüsusda 10 noyabr Üçtərəfli bəyanatdan irəli gələrək Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi kimi məsələlərə toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR