Nazir: Suverenlik və ərazi bütövlüyü prinsipləri firavan Cənubi Qafqazın inşasının açarıdır

Nazir: Suverenlik və ərazi bütövlüyü prinsipləri firavan Cənubi Qafqazın inşasının açarıdır
# 02 avqust 2022 12:52 (UTC +04:00)

Suverenlik və ərazi bütövlüyü prinsipləri, öhdəliklərin tam yerinə yetirilməsi təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın inşasının açarıdır.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan və Türkiyə XİN başçıları ilə üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Mən görüş zamanı Azərbaycanın sülhyaratma səyləri də daxil olmaqla, post-münaqişə dövründə regional vəziyyət barəsində məlumat verdim. Mən öz ölkəmizin Ermənistanla münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşdırılması ilə bağlı mövqeyini bir daha vurğuladım: Xüsusilə də suverenlik, ərazi bütövlüyü və öhdəliklərin tam yerinə yetirilməsi. Bu təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın inşasının açarıdır”, - Ceyhun Bayramov vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın tammiqyaslı regional əməkdaşlıqla bağlı mövqeyi prinsipial və ardıcıldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR