Nazir: “Yaxın aylarda sərhədlərin delimitasiyası üzrə Komissiya formalaşacaq”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 11:52 (UTC +04:00)

Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərə başlamaq üçün Komissiyanın yaradılması üçün bütün tərəflər razılıq verməlidir.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir Azərbaycan tərəfinin bu Komissiyanın yaradılmasına razılıq verdiyini diqqətə çatdırıb: “Düşünürük ki, qarşı tərəf də bu məsələnin ciddiliyini anlayır, ölkələr arası da beynəlxalq sərhəd müəyyənləşməlidir. İnanırıq ki, yaxın zamanda qarşı tərəfdən də müsbət mesaj olacaq. Ona görə düşünürük ki, yaxın aylarda bu Komissiya formalaşacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR