Nazirlik: Azərbaycanın sədrliyi dövründə Türk Dövlətləri Təşkilatının nüfuzu artıb

Nazirlik: Azərbaycanın sədrliyi dövründə Türk Dövlətləri Təşkilatının nüfuzu artıb
# 29 dekabr 2021 12:03 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatında ölkəmizin 15 oktyabr 2019-cu ildən etibarən başlayan sədrliyi uğurla davam edib. Bu müddətdə təşkilatın fəaliyyəti daha da güclənib və nüfuzu artıb.

APA-nın xəbərinə görə, bu, Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Bildirilib ki, Azərbaycanın il ərzində sədrliyi dövründə videokonfrans vasitəsilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü (31 mart 2021-ci il), Təşkilata üzv dövlətlərin mediaya məsul nazir və rəsmilərinin Bakıda iclası (10 aprel 2021-ci il), Xarici İşlər Nazirləri Şurasının “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda İstanbulda fövqəladə iclası (27 sentyabr 2021-ci il) və sahəvi əməkdaşlıq ilə bağlı digər önəmli tədbirlər keçirilib: “12 noyabr 2021-ci ildə İstanbulda Türk Dövlətləri Təşkilatının Səkkizinci Zirvə Görüşü keçirilib. Zirvə Görüşündə, o cümlədən təşkilatın adının dəyişdirilməsi və Türkmənistanın təşkilatda müşahidəçi statusu alması barədə qərar, “Türk Dünyasına Baxış-2040” sənədi və Səkkizinci Zirvə Görüşünün Bəyannaməsi qəbul edilib, Sədrlik Azərbaycandan Türkiyəyə ötürülüb. Səkkizinci Zirvə Görüşünün Bəyannaməsində üzv dövlətlər Azərbaycan Respublikasını 44 günlük Vətən müharibəsində qələbə münasibətilə təbrik edib, torpaqlarımızın hərbi işğaldan azad edilməsi ilə bağlı haqq işinə dəstəyini ifadə edib, Ermənistan ilə Azərbaycan arasında münaqişənin bitməsini alqışlayıb və bir birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında münasibətlərin normallaşmasını dəstəkləyib və Azərbaycanın münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya səylərinə dəstəkləməyə hazır olduqlarını ifadə ediblər. Zirvə Görüşündə dövlətimizin başçısı Azərbaycan Respublikasının torpaqlarının azad edilməsini və ərazi bütövlüyünün bərpa olunmasını təmin edən, Türk birliyinə önəmli töhfə verən, regionda davamlı sülh və sabitliyə nail olunmasına yol açan tarixi qələbə münasibətilə Türk Dünyasının Ali Ordeni ilə təltif olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR