Ned Prays: ABŞ sərhəddə gərginliyin azalması üçün əlindən gələni etməyə hazırdır

Ned Prays: ABŞ sərhəddə gərginliyin azalması üçün əlindən gələni etməyə hazırdır
# 15 sentyabr 2022 11:56 (UTC +04:00)

Dövlət katibi Entoni Blinken, səfir Filip Riker, Dövlət katibinin köməkçisi Karen Donfrid və Dövlət Departamentindən digər rəsmilər Ermənistan və Azərbaycanla, digər maraqlı tərəflər və tərəfdaşlarla bir sıra danışıqlar aparıb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O deyib ki, bütün bu danışıqların detallarını açıqlaya bilməz: “Amma daha əvvəl də dediyim kimi, biz diplomatik çərçivədə işləməyə davam edəcəyik. Biz bu toqquşmalara son qoyulması və gərginliyin azalması üçün ikitərəfli və çoxtərəfli əsasda əlimizdən gələni etməyə hazırıq”.

Ned Prays gərginliyin hərbi yolla həllinin mümkün olmadığını bəyan etdiklərini xatırladıb: “Biz hər iki tərəfi gələcək hərbi əməliyyatlardan çəkinməyə, dialoq və diplomatiya dönməyə çağırmışıq. Biz öz tərəfimizdən bu istiqamətdə işləməyə davam edirik”.

Ned Prays onu da xatırladıb ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri, səfir Riker Bakıda yüksək səviyyəli görüşlər keçirib, Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə dövlət katibinin köməkçisi Donfrid Azərbaycanın xarici işlər naziri Bayramovla telefon əlaqəsi saxlayıb: “Biz Cənubi Qafqazın dinc və firavan gələcəyini təşviq etmək üçün əlimizdən gələni etməyə sadiq qalırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR