Ned Prays: Cənubi Qafqazda sülhü bərqərar etmək ABŞ üçün həmişə aktual olub

Ned Prays

© APA | Ned Prays

# 10 mart 2023 11:17 (UTC +04:00)

Cənubi Qafqazda sülhü bərqərar etmək səyləri ABŞ üçün həmişə aktual olub.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı çıxışında deyib.

“Bu, uzun müddətdir davam edən şiddətli münaqişə və olduqca incə məsələdir. ABŞ məsələnin həlli üçün dəstək göstərmək və mümkün olan hər şeyi etmək istəyərdi. Biz bu ölkələrlə ikitərəfli və üçtərəfli formatda işləmək və razılaşmalara nail olmaq üçün bütün müvafiq mexanizmlərdən istifadə etməklə səylərimizi davam etdirəcəyik”, – Ned Prays əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR