Netanyahu Azərbaycan XİN rəhbərini qəbul edib, regional problemlər müzakirə edilib - YENİLƏNİB - FOTO

Netanyahu Azərbaycan XİN rəhbərini qəbul edib, regional problemlər müzakirə edilib - YENİLƏNİB  - FOTO
# 29 mart 2023 23:30 (UTC +04:00)

29 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu tərəfindən qəbul edilib.

APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Baş nazir Binyamin Netanyahu ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz salamlarını çatdırmağı xahiş edib. Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Azərbaycanın İsraildə Səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb. Baş nazir İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Nazir Ceyhun Bayramov ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlyıb və Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb.

Görüş zamanı həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub

***

Saat 17:50

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitterdə bildirib.

Netanyahu İsraildə Azərbaycan səfirliyinin açılması münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.

Görüş zamanı regional problemlər müzakirə edilib, ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəlinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR