Niderland kənd təsərrüfatı təcrübəsini Azərbaycanla bölüşür

Niderland kənd təsərrüfatı təcrübəsini Azərbaycanla bölüşür
# 27 aprel 2022 12:09 (UTC +04:00)

Niderland kənd təsərrüfatı sahəsində ixraca görə ilk yerlərdədir.

APA xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq edərək təcrübələrini yaxından bölüşdüklərini qeyd edib: “Düşünürük ki, biz bu sahədə Azərbaycana daha çox təklif edə bilərik. Niderland "ağıllı kənd təsərrüfatı" sahəsində qabaqcıl ölkədir və bu sahədə Azərbaycanla əməkdaşlıq edə bilər”.

Diplomat deyib ki, Niderland şirkətləri Azərbaycanla işləmək üçün öz marağını ifadə edib.

Bundan başqa, Pauline Eizema Bakı limanı və Niderlandın Rotterdam limanı arasında sıx əlaqələrin olduğunu və əməkdaşlığın dərinləşdirilməsi, təcrübə paylaşılması istiqamətində işlər görüldüyünü əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR