Nyu-Yorkda TDT XİN başçılarının görüşü keçirilib

Nyu-Yorkda TDT XİN başçılarının görüşü keçirilib
# 22 sentyabr 2023 18:08 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü baş tutub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının iclasları çərçivəsində “Türk evi”ndə keçirilib.

Görüş zamanı Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri, TDT-nin 10-cu Sammitinə hazırlıq, Təşkilatın BMT Baş Assambleyası və İƏT kimi digər beynəlxalq təşkilatlarla əlaqələri və institusional strukturunun gücləndirilməsi müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR