Ombudsman Aparatı Ermənistanın Cenevrə Konvensiyalarını kobud şəkildə pozduğunu bildirib

Ombudsman Aparatı Ermənistanın Cenevrə Konvensiyalarını kobud şəkildə pozduğunu bildirib
# 14 sentyabr 2022 20:09 (UTC +04:00)

Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq Ermənistanın hərbi təxribatı davam edir.

Bu barədə APA-ya Ombudsman Aparatından bildirilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində quruculuq işləri ilə məşğul olan mülki şəxslər - Goranboy rayonu Veyisli kənd sakini Musayev Asim İsa oğlu və Goranboy rayonu Qaraçinar kənd sakini Orucov Arzuman İman oğlu ağır yaralanıblar.

Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin hədəfə alınması Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR