“Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk”.
APA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
“Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir. Bir sözlə, cənab Prezident, ölkəmizə, Budapeştə çox xoş gəlmisiniz. Səfərinizə görə çox minnətdarıq. Keçmişdə təşəkkül tapmış dərin əməkdaşlığımızı yüksək dəyərləndiririk və ümid edirik ki, o gələcəkdə də davam edəcək”, - Viktor Orban vurğulayıb.