Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Serbiya səfirləri Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Serbiya səfirləri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
# 19 yanvar 2023 14:53 (UTC +04:00)

Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Serbiyanın Azərbaycandakı səfirləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, bu barədə Özbəkistan səfiri Bəhram Əşrəfxanov “Twitter”də paylaşım edib.

“Digər ölkələrin səfirləri ilə birlikdə Bakıdakı Şəhidlər xiyabanını ziyarət etdik, 20 Yanvar faciəsi qurbanlarının məzarları üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdik. Allahdan rəhmət diləyirəm!”, paylaşımda deyilir.

Özbəkistan səfiri Bəhram Əşrəfxanovla yanaşı, Serbiya səfiri Draqan Vladisavljeviç, Qırğız Respublikasının səfiri Kayrat Osmonaliyev, Tacikistan səfiri Rustam Soliyev və Qazaxıstan səfiri Serjan Abdıkarimov ziyarətdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR