Özbəkistan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Özbəkistan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
# 05 avqust 2022 19:42 (UTC +04:00)

Özbəkistan Xarici İşlər Nazirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.

“Biz diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.

Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bütün əli olanların məsuliyyətə cəlb edilməsinə çağırırıq.

Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR