Pakistan parlamentinin sədri: “Əfqanıstanda sülh mütləqdir”

Pakistan parlamentinin sədri: “Əfqanıstanda sülh mütləqdir”
# 17 may 2022 15:39 (UTC +04:00)

“Pandemiya bizim zəif yerlərimizi göstərdi”.

APA xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf deyib.

O bildirib ki, dünya var və yox arasında bölünməyə davam edərsə, yaşamaq üçün yer qalmayacaq.

“İqtisadi tərəqqi üçün azadlığın nə qədər vacib olduğunu igid qarabağlılardan başqa kim bizə söyləyə bilər?! Biz regional əməkdaşlıqdan danışanda Kəşmir xalqının ağrısına necə göz yuma bilərik?! ”, - o vurğulayıb.

Raca Pərviz Əşrəf qeyd edib ki, bu konfransda Əfqanıstandan olan həmkarların yeri görünür: “Ümid edirik ki, onlar tezliklə aramızda olacaqlar. Əfqanıstan təşkilatımızın mühüm üzvüdür. Regionda sülhün bərqərar olması üçün Əfqanıstanda sülh mütləqdir. Pakistan bütün tərəfləri davamlı sülh üçün danışıqlara yenidən qoşulmağa çağırıb. Biz birlikdə bu maneələri aradan qaldırmalıyıq. Bu maneələr bizim təşkilatın irəliləməsinə mane olur. Ümid var ki, bizim yeni sədrimiz Sahibə Qafarovanın sədrliyi ilə biz daha çox nəticələrə nail olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR