Pakistan səfirliyi "Kəşmirlə Həmrəylik Günü" münasibətilə sərgi təşkil edib - FOTO

Pakistan səfirliyi "Kəşmirlə Həmrəylik Günü" münasibətilə sərgi təşkil edib - FOTO
# 05 fevral 2022 15:58 (UTC +04:00)

"Kəşmirlə Həmrəylik Günü" münasibətilə Pakistanın Azərbaycandakı səfirliyi fotosərgi təşkil edib.

Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Cammu və Kəşmirdəki (IIOJ&K) Kəşmirlilərin ağır vəziyyətini nümayiş etdirən fotosərgidə Hindistan qüvvələrinin kişi, qadın və uşaqlara qarşı törətdiyi vəhşilikləri əks etdirən şəkillər nümayiş etdirilib.

Səfirlik bildirib ki, sərgi Bakının ən böyük ticarət mərkəzlərindən birində Cammu və Kəşmir mübahisəsi ilə bağlı azərbaycanlılar arasında məlumatlılıq yaratmaq məqsədi ilə təşkil edilib. Tədbirə böyük maraq göstərən çoxlu sayda ailələr, tələbələr, media işçiləri fotoşəkillərə baxıblar, Kəşmirlilərlə həmrəylik və dəstək ifadə ediblər.

Səfir Bilal Hayee media nümayəndələrinə bildirib ki, 900.000-dən çox Hindistan hərbi qüvvəsinin mübahisəli Cammu və Kəşmir ərazisində onilliklər ərzində olması bu regionu ən böyük açıq həbsxanaya çevirib. "Hindistanın 5 avqust 2019-cu il tarixli birtərəfli və qeyri-qanuni hərəkətləri bu regionda insan hüquqlarının vəziyyətini daha da ağırlaşdırıb. Kəşmirli gənclər qanunsuz həbslərə məruz qalıb, paletli silahlar fərq qoyulmadan əhaliyə qarşı istifadə olunub, qətllər törədilib."

Səfir Bilal Hayee bildirib ki, Cammu və Kəşmir beynəlxalq səviyyədə tanınmış mübahisədir və BMT Təhlükəsizlik Şurasının gündəmində aktivdir. Pakistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Kəşmir xalqının istəklərinə uyğun olaraq Cammu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini arzulayıb.

Səfir deyib ki, Pakistan kəşmirlilərə hər cür diplomatik və mənəvi dəstək göstərməyə davam edəcək.

Səfir xüsusilə Cammu və Kəşmir mübahisəsinin ədalətli həlli məsələsində Pakistana göstərdiyi davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib.

Qeyd edək ki, bu günlə əlaqədar Pakistanın Prezidenti Arif Alvi, Baş nazir İmran Xan və xarici işlər naziri Mahmud Şah Qureyşi bəyanatlar yayıblar.

Bəyanatlarda bildirilib ki, Cammu və Kəşmir mübahisəsi BMT Təhlükəsizlik Şurasının gündəmində olan ən keçmiş tarixi olan məsələlərdən biridir və Hindistan tərəfi BMT qətnamələrini yerinə yetirmədiyi, insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etmədiyi üçün bu mübahisə uzun illərdir ki, həll olunmamış qalır.

Pakistan rəsmiləri bəyan edib ki, Pakistanın Kəşmirə diplomatik dəstəyi kəşmirlilərin öz müqəddəratını təyin edəcəyi zamana qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR