Pakistan Baş naziri Prezident İlham Əliyevə təşəkkür edib

Pakistan Baş naziri Prezident İlham Əliyevə təşəkkür edib
# 26 noyabr 2022 16:58 (UTC +04:00)

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

APA xəbər verir ki, Baş nazir "Twitter" paylaşımında Pakistandan idxal edilən düyünün 5 il müddətinə gömrük rüsumundan azad edilməsinə dair qərara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığın və əlaqələrin təşviq edilməsi istiqamətində işləyəcək ", - Şahbaz Şərif qeyd edib.

Xatırladaq ki, Pakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyü 15 faiz gömrük rüsumundan azad edilir. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib. Pakistan İslam Respublikasından həmin ölkə mənşəli düyü 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR