Pakistanın Baş naziri Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Pakistanın Baş naziri Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
# 07 noyabr 2022 16:12 (UTC +04:00)

Pakistanın Baş naziri Şahbaz Şərif Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

APA xəbər verir ki, bu barədə Baş nazir Tvitter səhifəsində paylaşıb.

“Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəmlik, cəsarət və milli birlik rəmzi olan “Zəfər Günü” münasibəti ilə ən səmimi təbriklərimi çatdırıram. Qoy bu günün qeyd olunması Qafqaz regionunda davamlı sülh və firavanlıq dövrünə yol açsın” – Baş nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR