Pakistanın Rusiyadakı səfiri: “8 Noyabr - Zəfər Günü Pakistan xalqı üçün özəl gündür”

Pakistanın Rusiyadakı səfiri: “8 Noyabr - Zəfər Günü Pakistan xalqı üçün özəl gündür”
# 09 noyabr 2022 03:40 (UTC +04:00)

“8 Noyabr - Zəfər Günü Pakistan xalqı üçün özəl gündür. Biz bu böyük zəfəri Azərbaycan xalqı ilə birlikdə qeyd edirik”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycanın Rusiyadakı Səfirliyində keçirilən 8 Noyabr – Zəfər Günü tədbirinə qatılan Pakinstanın Rusiya Federasiyasındakı səfiri Şafkat Əli Xan bildirib.

“Bu gün bizim üçün çox özəl gündür. Biz bu böyük zəfəri azərbaycanlı bacı-qardaşlarımızla qeyd edirik. Düşünürəm ki, Azərbaycanın qələbəsi sonda sülhə aparan yoldur. Çünki mürəkkəb məsələlər artıq həll olunub. Azərbaycan rəhbərliyi və xalqı müdrikdir. Azərbaycan xalqı sülh istəyir. Qarşı tərəfin daha çox sülhə ehtiyacı var”,- deyə səfir bildirib.

Şafkat Əli Xanın sözlərinə görə, Azərbaycan xalqı ölkəsi üçün daha önəmlidir.

“Azərbaycan xalqı, rəhbərliyi, Prezidenti Pakistanın dostudur. Azərbaycan regional təhlükəsizlikdə mühüm rol oynayır. Amma daha önəmlisi Azərbaycanın regionun inkişafı və rifahı üçün oynadığı roldur. Bir sözlə, bu gün Pakistan xalqı üçün də böyük gündür. Mən azərbaycanlı bacı-qardaşlarıma uğurlar arzulayıram”, - deyə Pakistanın Rusiyadakı səfiri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR