Pakistanlı ekspert: “Azərbaycan Prezidentinin Qarabağ siyasətinə dair baxışından çox təsirləndim” - VİDEO

Pakistanlı ekspert: “Azərbaycan Prezidentinin Qarabağ siyasətinə dair baxışından çox təsirləndim” - VİDEO
# 29 aprel 2022 15:05 (UTC +04:00)

Mən Azərbaycan Prezidentinin Qarabağ siyasətinə dair baxışından çox təsirləndim.

APA xəbər verir ki, bunu “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda iştirak edən Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm deyib.

“Prezident İlham Əliyev Ermənistana sülh təklif edərək Azərbaycanın sülhsevər ölkə olduğunu vurğulayıb. Şuşada və digər regionlarda gedən yenidənqurma işləri çox sürətli şəkildə davam edir. Dünən biz Füzulidə yeni tikilmiş hava limanını da gördük. Beynəlxalq ictimaiyyət olaraq ermənilərin yerləşdirdiyi minalardan çox narahatıq. Biz BMT və Ermənistana minaların xəritələrini Azərbaycana verilməsi üçün çağırış edəcəyik. Son 1 ildə bu minalara görə Azərbaycanın 100-dən çox vətəndaşı həyatını itirib. Bu, beynəlxalq ictimaiyyətin hərəkətə keçməli olduğu çox böyük bir problemdir. Onlar Ermənistanı xəritələri verməyə məcbur etməlidirlər”, - ekspert vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR