Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
# 30 yanvar 2023 04:00 (UTC +04:00)

Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyir.

APA xəbər verir ki, bu barədə Paraqvay Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir, bu hərəkətlərin qəbuledilməz olduğunu bildirir, qurbanın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasına ümid edir və faktların operativ şəkildə aydınlaşdırılmasını tələb edir", - bəyanatda qeyd olunur.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

“Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin baş leytenantı Orxan Əsgərovu qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR