Parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplar yaradılacaq

Milli Məclis

© APA | Milli Məclis

# 17 noyabr 2022 12:25 (UTC +04:00)

Parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplar yaradılacaq.

APA-nın xəbərinə görə, Azərbaycan-Kamboca, Azərbaycan-Sinqapur, Azərbaycan-Tunis və Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.

Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 15 noyabr tarixli onlayn iclasında müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR