Paşinyan: “Azərbaycanla delimitasiya üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur”

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 14 iyun 2022 10:36 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsinin olmadığını bildirib.

APA xəbər verir ki, o, bu barədə “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

O, Bakı və İrəvan arasında fərqli danışıqlar formatının olduğunu və bu formatlardan birinin delimitasiya məsələsinə aid olduğunu vurğulayıb.

Paşinyanın sözlərinə görə, Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır.

“Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var”, - Paşinyan diqqətə çatdırıb.

Jurnalistin “Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir” sualına Ermənistan hökumətinin rəhbəri “Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var”, - deyə cavab verib.

O, bu xüsusda Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının icrasında qarant kimi rolunun göründüyünü əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR