Paşinyan: Azərbaycanla kommunikasiyaların açılması ticarət dövriyyəsini artıracaq

Paşinyan: Azərbaycanla kommunikasiyaların açılması ticarət dövriyyəsini artıracaq
# 08 fevral 2023 17:54 (UTC +04:00)

Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzv ölkələri ilə ticarət dövriyyəsinin həcmini artıracaq.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı”nda çıxışı zamanı deyib.

O, Ermənistanın birliyin digər ölkələri ilə Gürcüstandan keçən yeganə quru yolu ilə əlaqə saxladığını söyləyib.

“Aydındır ki, imkanlar məhduddur və Azərbaycan ərazisindən keçən avtomobil və dəmir yolları marşrutlarının açılması Ermənistan və Avrasiya İqtisadi Birliyi arasında ticarət dövriyyəsinin həcmini xeyli artıracaq”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR