Paşinyan: Ermənistan 86,6 min kv.km çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 17 may 2023 15:52 (UTC +04:00)

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.

APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı deyib.

Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına toxunaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin son bəyanatını xatırladıb.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan müvafiq olaraq, 29,8 min və 86,6 min kvadrat kilometr çərçivəsində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR