Paşinyan NATO rəsmisi ilə Azərbaycanla sərhədin demarkasiyasını müzakirə edib

Xavyer Kolomina - Nikol Paşinyan

© APA | Xavyer Kolomina - Nikol Paşinyan

# 23 may 2023 15:53 (UTC +04:00)

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki və Qarabağdakı vəziyyəti, Ermənistanla NATO arasında tərəfdaşlıq və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Dialoq əsnasında Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası, regionda təhlükəsizliyin və sabitliyinin təmin edilməsi məsələləri, Laçın-Xankəndi yolundakı vəziyyət də müzakirə mövzusu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR