Paşinyan Toivo Klaar ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Paşinyan Toivo Klaar ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
# 08 dekabr 2022 18:39 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla İrəvanda görüşüb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik təminatı müzakirə olunub.

Paşinyan və Klaar regionda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistanın sərhəd delimitasiyası və yolların açılmasını müzakirə edib.

Görüşdə Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinə də toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR