Paşinyanın fraksiyasının deputatı: “Qarabağın tanınması üçün heç bir şans yoxdur, heç vaxt da olmayıb"

Arsen Torosyan

© APA | Arsen Torosyan

# 08 sentyabr 2022 16:05 (UTC +04:00)

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) müstəqilliyinin tanınması üçün heç vaxt şans olmayıb və hazırda da yoxdur.

APA xəbər verir ki, bunu FAKTOR TV-yə müsahibəsi zamanı Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, sabiq səhiyyə naziri Arsen Torosyan deyib.

O qeyd edib ki, 44 günlük müharibədən sonrakı status-kvo özündə bir sıra təhlükələr gizlədir: “Biz daim öldürülmək təhlükəsi altında yaşamalıyıq, yoxsa bu münaqişəni tamamilə sona çatdırmalıyıq?”

Deputat hesab edir ki, həm azərbaycanlılar, həm də ermənilər 30 ilə yaxın müddət ərzində davam edən müharibələr və hərbi münaqişələr nəticəsində yaranmış “yaraları sağaltmalı” və düşmən münasibətlərə son qoymalıdır:

“Azərbaycan da 1994-cü ildə ağır yaralanıb. Belə ki, müharibənin nəticəsi olaraq 25 min qurban vermiş və 600 mindən çox insan yurdlarından didərgin düşüb. Beləliklə, biz tək deyilik, hər iki tərəf yaralıdır və bu yaraları sağaltmaq lazımdır. Azərbaycanla uzunmüddətli düşmən münasibətləri bizim üçün tələdir və biz buna son qoymalıyıq”.

Torosyan bildirib ki, bu münaqişədən və qondarma “DQR”-in müstəqilliyinin tanınması ideyasından Ermənistan dövləti çox böyük ziyanlar gördüyü üçün Baş nazir Nikol Paşinyan və onun komandası çalışır ki, bölgədə yenidən silahlar danışmasın və məsələ bu yolla həll olunmasın.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR