Paşinyanın müavini: Azərbaycanla delimitasiya üzrə Komissiyanın ikinci görüşü gələn ay keçiriləcək

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan

© APA | Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan

# 18 iyul 2022 16:07 (UTC +04:00)

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü avqust ayında keçiriləcək.

APA "news.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

Bildirilib ki, ikinci görüş avqust ayında Moskvada baş tutacaq.

Görüşün dəqiq hansı tarixdə keçiriləcəyi barədə hələ yekun razılaşmanın əldə olunmadığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR