Paşinyanın müavini: “Dəmir yolu ilə bağlı İrəvanla Bakı arasında müsbət məqamlar var” - VİDEO

Paşinyanın müavini: “Dəmir yolu ilə bağlı İrəvanla Bakı arasında müsbət məqamlar var” - VİDEO
# 28 yanvar 2022 11:08 (UTC +04:00)

Ermənistan və Azərbaycan arasında dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya var.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan regional nəqliyyat dəhlizlərinin açılması ilə bağlı yerli jurnalistlərin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hazırda Üçtərəfli İşçi Qrup konkret məqsədlərlə bağlı fəaliyyət göstərir və bu, dəmir yolu xəttinin Ermənistandan keçən seksiyasının inşasıdır.

Mqer Qriqoryan qeyd edib ki, dəmir yolu ilə bağlı müsbət məqamlar var və hazırda bu sahədə ekspert işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR