Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib

Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
# 01 oktyabr 2022 10:36 (UTC +04:00)

Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edilib.

Bu barədə APA-ya Azərbaycanın Meksikadaki səfirliyindən bildirilib.

Bəyanatda 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın ölkəmizə qarşı yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin təxribat xarakterli addımlarına cavab tədbirləri gördüyü və nəticədə 44 günlük Vətən Müharibəsi ilə bu ölkənin təcavüzkar siyasətinə son qoyulduğu bildirilir.

Sənəddə qeyd olunur ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilib və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qaytarılması kimi başlıca vəzifənin həllinə şərait yaradıb.

Daha sonra, qardaş Azərbaycan xalqının ölkə tarixində yeni eranın başlanğıcını qoyan, regionda reallıqları dəyişdirən və beynəlxalq ədaləti bərpa edən Vətən Müharibəsində öz xalqını müdafiə edərək qəhrəmancasına şəhid olan əsgər və zabitlərin xatirəsini hörmətlə anmaq üçün sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında elan edilmiş “Anım Günü”nü olduqca əlamətdar bir tarix kimi qeyd etdiyi söylənilir.

Sonda Azərbaycan xalqına başsağlığı verilir və Vətəninin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram ifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR