Peskov: KTMT missiyası hələ Ermənistan-Azərbaycan sərhədinə çatmayıb

Peskov: KTMT missiyası hələ Ermənistan-Azərbaycan sərhədinə çatmayıb
# 14 sentyabr 2022 14:24 (UTC +04:00)

KTMT missiyası hələ Ermənistan-Azərbaycan sərhədindəki eskalasiya zonasına çatmayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Mən bildiyimə görə, KTMT missiyası gərginlik zonasına hələ çatmayıb. Axı qərar dünən axşam saatlarında verilib, onu hələ formalaşdırmaq lazımdır, sonra isə ora getmək lazımdır”, - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR