Peter Siyarto Azərbaycana gəlib - FOTO

Peter Siyarto Azərbaycana gəlib - FOTO
# 03 fevral 2023 01:08 (UTC +04:00)

Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycana gəlib.

APA xəbər verir ki, bu barədə nazir "Facebook" hesabında məlumat verib.

Nazir Siyarto Cənub Qaz Dəhlizinin (CQD) Məşvərət Şurasının iclasında iştirak etmək üçüm Bakıda olduğunu bildirib.

O deyib ki, CQD ilə yanaşı Xəzər dənizi vasitəsilə elektrik xəttinin çəkilməsi ilə maraqlanan nazirlər də Bakıda toplaşacaq.

"Cənub-Şərqi Avropadan olan həmkarlarımız da burada olacaqlar. Ümid edirik ki, şaxələndirmə planlarının konkretləşdirilməsində əsaslı irəliləyiş əldə edə biləcəyik. Azərbaycanın hasilatından təbii qazın alınması Mərkəzi Avropanın alternativ təbii qaz mənbələri baxımından ən real ssenaridir", - deyə Peter Siyarto bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR