Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb
# 30 yanvar 2023 22:10 (UTC +04:00)

Cari ilin 30 yanvar tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşün əvvəlində rusiyalı diplomat Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücum xəbərindən sarsıldığını bildirmiş, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, ölkəmizə tam dəstəyini ifadə edib.

Həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə ikitərəfli səfərlər, iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr, müqavilə-hüquq bazasının daha da genişləndirilməsi,

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, eyni zamanda Rusiyada ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Saat yarım qarşılıqlı anlaşma şəraitində davam edən görüşdə Səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldıraraq, onlarla bağlı Azərbaycanın mövqeyini nazir müavininin diqqətinə çatdırıb.

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri mövzularına toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR